Tramp miqrasiya fərmanının icrasını dayandıran məhkəmə qərarına etiraz edəcək

ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağanın qoyulmasına dair fərmanın icrasını federal səviyyədə dayandıran hakim Ceyms Robartın qərarına etiraz edəcəyini bildirib.

Yeniçağ.Az xəbər verir ki, bu barədə o öz “Twitter” mikrobloqunda yazıb.
“Bu hakim adlandırılan şəxsin mahiyyət etibarı ilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq”, – deyə o yazıb.

Yeniçağ.Az