Donald Tramp yanvar ayının 23-də ABŞ, Meksika və Kanadanın daxil olduğu (NAFTA) azad ticarət haqqında Şimali Amerika sazişinin şərtlərinin dəyişdirilməsi üzrə danışıqların başlanmasına dair fərman imzalayıb.
Yeniçağ.Az “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp yaxın günlərdə ABŞ-ın Trans-Sakit Okean Əməkdaşlığından çıxmasına dair fərman imzalamaq niyyətindədir.
Bu saziş Asiya-Sakit Okean regionunda əmtəə malları və xidmətlərə gömrük rüsumunun ləğv edilməsini nəzərdə tutur.
Yeniçağ.Az