NATO ölkələrinin sammitində iştirak etmək üçün Belçikaya gələn ABŞ Prezidenti Donald Tramp sammit başlamadan dünyanı qarışdıracaq açıqlama verib.
Yenicag.az xəbər verir ki, yeməkdən öncə NATO-nun Baş katibi Yens Stoltenberqlə jurnalistlərə açıqlama verən Tramp Almaniyanı sərt tənqid edib.
Berlin rəhbərliyindən təcili olaraq müdafiə xərclərinin artırılmasını istəyən Tramp Almaniyanı Rusiyanın əsiri adlandırıb.