Trampdan OPEK-ə sərt çağırış: “Neftin qiymətini salın”

ABŞ prezidenti Donald Tramp OPEK-i dərhal neftin qiymətlərini aşağı salmağa çağırıb.

Yenicag.az xəbər verir ki, D. Tramp bu fikirləri özünün “Twitter” səhifəsində yazıb.

O, qeyd edib: “Biz Yaxın Şərq ölkələrini müdafiə edirik. Buna baxmayaraq yenə qiymətləri artırmaqda davam edirlər. OPEK neftin qiymətlərini dərhal aşağı salmalıdır. Biz olmadan onlar uzun müddət təhlükəsiz vəziyyətdə qala bilməzlər”.

COP29