Reklam

Reklam

ABŞ prezidenti Donald Tramp Ermənistanın yeni baş naziri Nikol Paşinyana yolladığı təbrik müraciətində bildirib ki, ticarət əlaqələrinin inkişafı və demokratik institutların möhkəmləndirilməsi naminə birgə işə ümid edir.

Yenicag.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vaşinqtondakı səfirliyindən bildirilib.

“Seçilməyiniz münasibətilə təbrik edirəm. Qarşılıqlı maraq doğuran bir çox sahələrdə sizinlə birgə işləyəcəyimi gözləyirəm”, – Trampın təbrikində deyilir.

Tramp həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə ümidvar olduğunu vurğulayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4193
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."