Tramp Pelosinin Tayvana səfərini dəlilik adlandırdı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə münasibət bildirib.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Tramp sözügedən səfəri dəlilik adlandırıb.

Siyasətçi Pelosinin Tayvan səfərinin yaxşı heç nə vəd etmədiyini deyib.