ABŞ prezidenti Donald Tramp rus həmkarı Vladimir Putin ilə keçirəcəyi görüş barədə danışıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bir çoxlarının bu görüşə görə indidən onu tənqid hədəfinə çevirdiyini söyləyib. O, 16 iyulda Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək görüşdən nikbin nəticələr gözlədiyini deyib:
“Rusiya daxil olmaqla, bütün ölkələrlə yaxşı əlaqələrə malik olmaq gözəl şeydir. Putin yaxşı insandır”.
Trampın Putinlə görüş üçün həddən artıq həvəsli olması isə diqqətlərdən yayınmayıb:
“Putin yüksək səviyyədə hazırdır. Bəs mən hazır olacağam? Tamamilə hazıram. Ömrüm boyu bunun üçün hazırlaşmışam. Mənə etibar edin, sadəcə yaxşı şeylər edəcəyik, bəlkə də çox gözəl əlaqələr quracam”.