!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Putinə: "O axmaqlara qulaq asma"

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp rus həmkarı ilə yaxşı əlaqələr qurmaq üçün müxtəlif üsullara əl atır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Putinlə görüşməyinə imkan verməyənləri “axmaq” adlandırıb. İddiaya görə, ABŞ prezidenti 18 martda Putinin prezident seçkilərində yenidən qələbə çalmasından sonra ona zəng edərək görüşməyə can atdığını deyib. O, hətta Putini Ağ Ev rəsmilərinin Rusiya barədə səsləndirdiyi mənfi açıqlamalara fikir verməməyə çağırıb.

Trampın Putinə “Onların hamısı axmaqdır, onlara qulaq asma” deməsi hökumət adamları arasında ajiotaj yaradıb. Bəziləri hətta onu “satqın” adlandırıb.

Tramp bu tənqidlərə belə cavab verib: “Yanlış xəbər medianı dəliyə çevirib, çünki istəyirlər ki, Putinin dərisini üzüm. Yanılırlar. Rusiya və digər ölkələrlə yaxşı yola getmək pis şey deyil. Rusiya Şimali Koreya, Suriya, Ukrayna, İŞİD, İran və digər məsələlərin həllində bizə kömək edə bilər”.

www.yenicag.az

1085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv