Tramp Putinə təşəkkür etdi

ABŞ prezidenti Donald Tramp Rusiyada həbsdə olan amerikalı Mark Vogelin azadlığa buraxılmasına görə Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.

“Biz prezident Putinin etdiklərini yüksək qiymətləndiririk”, – deyə Tramp ifadəe dib.

Ağ Evin rəhbəri vurğulayıb ki, Vogelin azadlığa buraxılması ilə bağlı razılaşma “çox ədalətli və ağlabatandır”.

Xatırladaq ki, narkotik qaçaqmalçılığına görə Rusiyada həbs cəzası alan ABŞ səfirliyinin keçmiş əməkdaşı Vogelin Rusiya ilə mübadilədən sonra ABŞ-yə qayıtdığı bildirililib. “New York Times” qəzetinin yazdığına görə, Vogel Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffun Kremllə danışıqları nəticəsində azadlığa buraxılıb./unikal