ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini “Rusiya Ukraynanı təqib edərsə” Moskvanı vuracağı ilə hədələyib.
Yenicag.az xəbər verir ki, Tramp bunu “Wall Street Journal” (WSJ) qəzetinin redaksiya heyəti ilə görüşündə deyib.
İddialara görə, ABŞ-nin keçmiş prezidenti Rusiya liderinə deyib ki, “Ukraynanı təqib etsə”, o qədər “güclü zərbə” alacaq ki, “buna inanmayacaq”. Tramp birbaşa “Moskvanın mərkəzinə” zərbə endirməklə hədələyib.
Onun sözlərinə görə, o, Putinə deyib ki, bunu etmək istəməyəcəyəm, çünki onların yaxşı münasibətləri var, amma başqa seçimi olmayacaq.
Tramp Putinlə belə bir söhbətin nə vaxt və hansı şəraitdə baş tuta biləcəyini açıqlamayıb.