ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən aldığı məktubdan danışıb.
Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, məktubun təfərrüatları barədə Reuters nəşri yazır.
Amerikalı liderin sözlərinə əsasən, Putin ikitərəfli əlaqələri genişləndirməyi və Rusiya-ABŞ münasibətlərini yeni səviyyəyə gətirməyi təklif edib.
“Ümid edirəm ki, biz müxtəlif sahələrdə ikitərəfli münasibətləri bərpa edə biləcəyik, həmçinin beynəlxalq aləmdə əmakdaşlığımızı yeni səviyyəyə qaldıracağıq”, – məktubda deyilir.
Yenicag.az