Tramp Putinlə yeni görüşə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə növbəti görüşə hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə amerikalı liderin  şəxsi “Twitter” səhifəsində qeyd edilib.

Ağ ev lideri qeyd edib ki, Helsinkidə rusiyalı liderlə son görüş zamanı çox geniş məsələlər spektrini müzakirə ediblər.