!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp: “Qətər çox yüksək səviyyədə terrorizmin sponsoru olub”

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp cümə günü Qətəri terrorçuluğu maliyyələşdirməkdə ittiham edib və buna son qoymağın vaxtı çatdığını bildirib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu o, Rumıniya prezidenti Verner Yohannis ilə görüşünün yekununda keçirilən mətbuat konfransında bildirib.

“Qətər, təəssüf ki, tarixən çox yüksək səviyyədə terrorizmin sponsoru olub”, – deyə Tramp söyləyib.

“Biz terrorizmin maliyyələşdirilməsinə son qoymalıyıq. Mən dövlət katibi Reks Tillerson və bizim görkəmli generallar ilə birgə qərara gəldim ki, Qətəri maliyyələşdirməni dayandırmağa çağırmağın vaxtı çatıb, onlar ekstremist idealogiyanın maliyyələşdirilməsini dayandırmalıdırlar”, – deyə ABŞ prezidenti qeyd edib.

Yenicag.az

www.yenicag.az

905
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv