Vaşinqtonda, Kapitolinin pilləkənlərində ABŞ-ın 45-ci prezidenti Donald Trampın inauqurasiya mərasimi keçirilib.
Yeniçağ.Az xəbər verir ki, Tramp Konstitusiyaya və ölkəyə sədaqət andı içib.
“Mən Donald Con Tramp, təntənəli surətdə and içirəm ki, Birləşmiş Ştatların prezidenti vəzifələrini şərəflə icra edəcəyəm və var gücümlə Birləşmiş Ştatların Konstitusiyasını qoruyacam, müdafiə edəcəm və dəstəkləyəcəyəm. Və qoy Allah mənə kömək olsun”, – deyə o, andın ənənəvi sözlərini deyərək sol əlini ABŞ Ali Məhkəməsinin sədri Con Robertsin onun qarşısında, əlində saxladığı “Bibliya”nın üstünə qoyub.
Dərhal sonra Kapitoli yüksəkliyində 21 artilleriya atəşi açılıb.
Ənənəyə uyğun olaraq eyni andı vitse-prezident Maykl Pens içib.
Yeniçağ.Az