!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tramp Rusiya ilə yaxınlaşmaq niyyətindədir” – Politoloq rəyi

!Reklam – Yazi

trumpputin“Belə bir alyansın təşkil olunmasına inanmaq çox çətindir. Əslində, Avropa da Trampın hakimiyyətə gəlməsindən çox narahatdır”

Bu sözləri Yenicag.az-a Avropa Komissiyasının Təhlükəsizlik məsələləri və xarici siyasət üzrə komissarı Federika Moqerininin dünən verdiyi açıqlamasına münasibət bildirərkən, politoloq Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Tramp qeyri-adi bir dövlət başçısı olacaq:

“Onun siyasi təcrübəsi o qədər də zəngin deyil. Buna baxmayaraq, Avropanın hazırkı qarşıdurma vəziyyətində Rusiya ilə birləşərək ABŞ-a qarşı alyans təşkil etməsi və rifah yaratması heç də inandırıcı deyil. Bundan başqa Tramp öz çıxışlarında Rusiya ilə bağlı bir sıra çox müsbət ifadələr işlədib və bəyanatlar verib. O, hesab edir ki, indiki prezident Barak Obama Rusiya ilə münasibətləri kəskin surətdə gərginləşdirib. Tramp hətta bunu tənqid edib və bununla bağlı tədbir görəcəyinə də söz verib. Bu da o deməkdir ki, Tramp Rusiya ilə yaxınlaşmaq niyyətindədir”.

Bu kontekstdə Avropanın Rusiya ilə yaxınlaşmasına inanmaq çətindir:

Fikrət Sadıqov ile ilgili görsel sonucu“Avropa müəyyən dərəcədə Rusiyaya qarşı siyasətini dəyişməlidir. Rusiyaya qarşı Ukraynadan ötrü tətbiq olunan sanksiyalara yenidən baxmalı, Suriya ilə bağlı müəyyən fikir ayrılığında ortaq məxrəcə gəlməlidir. Çox güman ki, Trampın hakimiyyətə gəlməsi ilə bağlı sadəcə, Avropa ilə Rusiya arasında yaxınlaşma müşahidə oluna bilər. Ancaq Avropa ilə Rusiya heç vaxt birləşə bilməz. Tərəflərin yalnız mövqeləri üst-üstə düşə bilər. Amma ki, Avropa ilə Rusiya arasında hansısa alyansın yaradılması və ABŞ-a qarşı yönəlməsi mümkünsüzdür”.

Avropa ABŞ-la heç vaxt düşmənçilik etmək fikrində olmayacaq:

“Avropanın ABŞ-la münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Rusiya özü də Avropa ilə heç vaxt ABŞ-a qarşı birləşə bilməz. Çünki Rusiya o vəziyyətdə deyil ki, ABŞ-a qarşı çıxış etsin”.

Qeyd edək ki, Avropa Komissiyasının Təhlükəsizlik məsələləri və xarici siyasət üzrə komissarı Federika Moqerini Avropa Birliyinin ABŞ Prezidenti Donald Trampın müəyyən məsələlərlə bağlı mövqeyinə qarşı dayanmaq üçün Rusiya ilə birləşə biləcəyini açıqlayıb.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv