Tramp Rusiyanı təhdid etdi: “Raket zərbələrinə hazır ol!”

ABŞ prezidenti Donald Tramp Rusiyanı Suriyaya endiriləcək mümkün raket zərbələrinə  hazır olmağa çağırdı.

Yenicag.az bildirir ki, bu haqda o, “Twitter” hesabında yazıb.

“Rusiya endirilimiş istənilən raket zərbələrini dəf etməyə söz verir. O zaman hazırlaş, Rusiya, çünki raketlər gələcək, yeni və daha ağıllı raketlər! Öz xalqını qazla zəhərləyən qatilin yanında olmaq lazım deyil”, – Tramp yazıb.

Qeyd edək ki, məhz bu çıxışdan sonra dünya bazarında dollar bahalaşıb.

Zaur H.