Tramp Rusiyaya getməkdən qorxmur

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp izlənməsi səbəbindən Rusiyaya getməkdən qorxmadığını bildirib.

Yeniçağ.az-ın məlumatına görə, o, bu gün böyük mətbuat konfransı keçirib.

ABŞ prezidenti konfransda çıxışı zamanı önəmli insan olduğunu söyləyib:

“Çox ehtiyatlıyam. Hara gedirəmsə gedim, mühafizəçilərin, insanların əhatəsindəyəm. Hara getməyinizdən asılı olmayaraq, siz kameralarla əhatə olunmusunuz – mən təkcə Rusiyadan danışmıram, hər yerdə belədir”.

Tramp artıq Moskva və Moskva vilayətlərində olmasından da danışıb.

Bununla yanaşı o, mikroblardan qorxduğunu qeyd edib.

Yeniçağ.az