ABŞ prezidenti Donald Tramp Suriya rejiminə dəstək verdiyi üçün Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünür.
Yeniçağ.Az xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib.
N. Heyli deyib ki, ABŞ administrasiyası Rusiya və İrana qarşı daha sərt yeni sanksiyalar tətbiq etmək barədə müzakirələrə başlayıb.(APA)
Yeniçağ.Az