Tramp şahzadəsini qurtarmaq dərdində – “Xəbərsizdir”

ABŞ prezidenti Donald Tramp itkin düşən jurnalist Cemal Qaşıqçı ilə bağlı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlmanla telefonda danışıb.

Yenicag.az xəbər verir ki, bu barədə Tramp şəxsi ” Twitter” hesabında yazıb.

ABŞ dövlət başçısınn sözlərinə görə, şahzadə Qaşıqçı məsələsi ilə bağlı iddiaları rədd edib. Onun sözlərinə görə, bin Salman Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda baş verənlərdən xəbərsizdir.