Tramp sui-qəsd cəhdinə görə Bayden və Harrisi günahlandırdı

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ona qarşı növbəti sui-qəsd cəhdinə görə prezident Cozef Bayden və vitse-prezident, prezidentliyə namizəd Kamala Harrisi ittiham edib.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı “Fox News”a danışan Tramp onu “demokratiyaya təhdid” adlandıran prezident Bayden və vitse-prezident Harrisin ritorikasının ikinci dəfə ona sui-qəsd olunmasına səbəb olduğunu deyib.

“Ritorika mənə atəş açılmasına səbəb olub. Halbuki, mən bu ölkəni xilas edəcək yeganə insanam, onlar isə bu ölkəni həm daxildən, həm də xaricdən dağıdırlar. Buna “daxili düşmən” deyilir. Onlar real təhdiddirlər”, – deyə Tramp bildirib./Azertag/