ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriyada “İslam dövləti” terror qruplaşması tamamilə darmadağın edilib.
Yenicag.az xəbər verir ki, bu fikirləri Ağ Ev rəhbəri Alyaskada hərbi qulluqçular qarşısındakı çıxışında səsləndirib.
“Biz “xilafət”i 100% tutduq. Rayon, ərazi nəzərdə tutulur. Biz bunu güman edildiyindən daha sürətli etdik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti fevralın 27-28-də Koreya Xalq Demokratik Respublikasının lideri Kiml Çen Inla sammitinin keçirildiyi Vyetnamdan qayıdarkən Alyaskada olub./Report/