Tramp Tillersonu CIA direktoru ilə əvəzləyir

ABŞ-ın xarici işlər naziri Reks Tillersonun istefaya göndəriləcəyi, onun yerinə CİA-nın (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru Mayk Pompeonun gətiriləcəyi barədə xəbərlər yayılıb.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “New York Times” qəzeti yüksək vəzifəli şəxslərə istinadən məlumat yayıb. Dəyişikliyin yaxın həftələrdə gerçəkləşməsi gözlənilir.

CİA-nın yeni direktoru isə Tom Kotton olacaq.

ABŞ prezidenti Donald Trampın bu dəyişikliyə razılıq verib-verməyəcəyi hələ bəlli deyil. Amma son dövrlər Amerika mətbuatında Trampla Tillerson arasında fikir ayrılığının olduğuna dair xəbərlər dolaşmaqdadır.