!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tramp Tover”dəki yanğın niyə gec söndürüldü? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

“Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın barədə məlumat saat 12:10 Fövqəladə Hallar Nazirliyinin “Qaynar xəttinə” daxil olub”.

Yenicag.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

Onun sözlərinə görə, yanğın 3 saatdan artıq davam edib: “Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 25 texnika, 100-dək canlı qüvvə cəlb edilib. Yanğının uzun müddət davam etməsi su qıtlığı ilə əlaqədar olub. Hazırda şəhərdə tıxacdı. İri texnikaların yanğın yerinə yaxınlaşmasında çətinlik yaranıb. Yanğının səbəbi araşdırılır”.

Nazir müavini qeyd edib ki, yanğın əsasən binanın 18-ci mərtəbəsindən yuxarıda baş verib. Hadisə zamanı xəsarət alan olmayıb: “Bəzi saytlarda bir nəfərin özünü atması barədə məlumatlar verilib. Bu, tam əsassızdır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb”.

www.yenicag.az

1622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv