!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Tramp Türkiyə ilə münasibətləri kəsməyəcək” – Kamran Həsənov

!Reklam – Yazi

“ABŞ başa düşür ki, Türkiyənin timsalında regiondakı ən güclü müttəfiqini itirə bilər”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyanın “Tsarqrad” telekanalının siyasi icmalçısı Kamran Həsənov deyib.

– Ukraynada növbədənkənar parlament seçkiləri keçirildi. Zelenskinin partiyasının bu seçkilərdə qalib gəlməsi Rusiya-Ukrayna münasibətlərinə necə təsir göstərəcək?

– Bundan sonra Zelenskinin parlamentlə əlaqədar hər hansı bəhanəsi qalmayacaq və ona qarşı tələblər daha da artacaq. Rusiyada hesab edirlər ki, Poroşenko ilə müqayisədə Zelenskinin mövqeyi daha adekvatdır. Çünki Ukraynanın yeni prezidenti Donbasda sülhün bərqərar edilməsini istəyir və rus dilinə hörmətlə yanaşır. Bu baxımdan, Zelenskinin parlamentdə mövqelərini gücləndirməsi Rusiya üçün müsbət siqnallardır. Əgər Ukrayna seçkilərində millətçilər və ya Poroşenkonun partiyası qalib gəlsəydi, vəziyyət xeyli kəskinləşəcəkdi. İndi müharibənin başa çatdırılması və Moskva ilə münasibətləri tənzimlənməsi Zelenskinin qətiyyətindən asılıdır.

– Sizcə, Qərbdə Zelenskinin arxasında konkret hansı qüvvə dayanır və rəhbərlikdən uzaqlaşdırılan Poroşenko nəyə görə onları qane etmədi?

– Qərbdəki bütün dairələr Poroşenkonun hesabdan silinmiş fiqur olduğunu qəbul edirlər. ABŞ və Almaniya mətbuatı Zelenskinin Ukraynada Poroşenko dönəmində çiçəklənmiş korrupsiyanın kökünü kəsəcəyini yazır. Qərb hətta “onun adamı” olsa belə, legitimliyini itirmiş siyasətçini dəstəkləmir. Mübarək, Qəddafi və başqalarının aqibəti buna sübutdur. Poroşenko ABŞ demokratları ilə yaxın idi. Onun hakimiyyəti dövründə müəyyən dairələr Tramp əleyhinə fəaliyyət göstərirdilər. Bu mənada, Trampın vəkillərindən biri olmuş Rudi Culiani Zelenskinin Kolomiyskinin nəzarətindən çıxmasını tələb etsə də, Ukraynanın yeni prezidenti respublikaçıların nəzərində daha optimal fiqurdur. Prezident kim olursa-olsun, Ukrayna NATO və Avropa İttifaqı ilə inteqrasiya siyasətini davam etdirsə, ABŞ onu dəstəkləyəcək.

– Türkiyə S-400 raketlərini aldıqdan sonra Vaşinqton Ankaraya qarşı təzyiqləri artırıb. Necə düşünürsünüz, Ərdoğan bu təzyiqlərə davam gətirə biləcək?

– ABŞ sanksiyaları genişləndirərsə, bu, Türkiyədə inflyasiyanı və işsizliyin səviyyəsini artıracaq. Lakin belə düşünürəm ki, iqtisadi vəziyyətin pisləşməsi belə yaxın iki ildə Ərdoğanın reytinqinə mənfi təsir göstərməyəcək. Çünki o, bu problemlərin Qərb ölkələri tərəfindən süni şəkildə yaradıldığını bildirəcək. ABŞ başa düşür ki, Türkiyənin timsalında regiondakı ən güclü müttəfiqini itirə bilər. Ona görə də, Tramp Konqresin cəhdlərinə baxmayaraq, Türkiyə ilə münasibətləri kəsərək, onun Rusiya və Çinə meyillənməsinə razı olmayacaq.

– ABŞ F-35 təyyarələrinin Türkiyəyə verilməsindən imtina edərsə, bu, Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsinə səbəb ola bilər?

– ABŞ-ın Türkiyəni “F-35”-lərdən məhrum etmək niyyəti Rusiya-Türkiyə hərbi əməkdaşlığına impuls verəcək. “Rostex” Dövlət Korporasiyasının rəhbəri Sergey Çemezov artıq bəyan edib ki, Türkiyəyə Su-35 təyyarələrini göndərməyə hazırdırlar. Gələcəkdə ikitərəfli hərbi həməkdaşlıq başqa sahələri, o cümlədən T-90 tanklarını da əhatə edə bilər. Lakin hərbi və hərbi-texniki əməkdaşlıq fərqli məsələlərdir. Geniş hərbi əməkdaşlığa mane olan iki amil var: taktiki (İdliblə bağlı fikir ayrılığı” və strateji (Türkiyənin NATO üzvlüyü).

Qafqaz Ömərov

www.yenicag.az

2366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv