Tramp Türkiyə sanksiyaları barədə qərar verdi – “Suriyada 30 gün qalmalı idik”

ABŞ prezidenti Donald Tramp ürkiyəyə qarşı sanksiya qərarlarının aradan qaldırılması barədə göstəriş verdiyini açıqlayıb. 

Yenicag.az xəbər verir ki, açıqlamadan dərhal sonra Türkiyənin müdafiə və enerji nazirliklərinə qarşı qoyulmuş sanksiyalar ləğv edilib.

Qeyd edək ki, 17 oktyabr tarixində Suriya barədə imzalanan Türkiyə-ABŞ memorandumundan sonra Donald Tramp verilmiş sanksiya qərarlarını qaldıracaqlarını demişdi. Bu gün ABŞ Xəzinə nazirliyi açıqlama yayaraq sanksiyaların götürüldüyünü deyib.

“Suriyadan çıxırıq. Biz burada 30 gün qalmalı idik. Ancaq artıq demək olar ki 10 il ötür” – deyə, Tramp qeyd edib.

Qərara əsasən, Türkiyənin Müdafiə Nazirliyi, Enerji və Təbii Qaynaqlar Nazirliyi, Müdafiə naziri Hülusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, Daxili İşlər naziri Süleyman Soylu sanksiya siyahısından çıxarılıb.

Həşim Səhrablı