Tramp Türkmənistan qazının Avropaya Azərbaycandan ixrac edilməsi təklifini dəstəklədi

ABŞ Prezidenti Donald Tramp Xəzərin statusunun müəyyən edilməsi ilə əlaqədar Türkmənistanın Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid etdiyini bildirib.

Yenicag.az-ın “Neytralnıy Türkmenistan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə D.Trampın Novruz bayramı münasibətilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova ünvanladığı teleqramda deyilir.

Qeyd olunub: “Ümid edirəm ki, Türkmənistan bir müddət əvvəl Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə əlaqədar öz qazını Qərbə ixrac etmək üçün yeni imkanlardan istifadə edə biləcək”.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanıb.