Tramp: “Ukrayna Putinlə anlaşmalıdır”

“Putin bunu mən olanda edə bilməzdi”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin sabiq prezidenti Donald Tramp yerli mediaya açıqlamasında bildirib.

Rusiya-Ukrayna savaşına toxunan Tramp Ukraynanın Rusiya ilə anlaşmalı olduğunu vurğulayıb. Tramp qeyd edib ki, rəsmi Kiyev Krımdan əlini üzməli və NATO-ya daxil olmamalıdır.