ABŞ prezidenti Donald Tramp Argentinada keçiriləcək G20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşünü ləğv edə biləcəyini deyib.
Yenicag.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Belə ki, Tramp hadisə ilə bağlı “ətraflı hesabat” gözləyir.
“Hesabat mütləqdir. Yoxsa heç bir görüş olmayacaq. Bu aqressiya mənim xoşuma gəlmir, bu mənə qətiyyən lazım deyil”, — deyə Tramp qeyd edib.
Qeyd edək ki, Noyabrın 25-də Kerç boğazında Ukraynanın 3 gəmisi Rusiya tərəfindən saxlanılıb.