ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa liderləri ilə görüşündə Ukraynanı Rusiyanın bir hissəsi adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrinə istinadla yazıb.
“ABŞ-ın keçmiş prezidenti avropalı liderlərlə görüşü zamanı Ukraynanı “onların Ukraynası” və ya “Rusiyanın bir hissəsi” adlandırıb. Mənbələrin sözlərinə görə, Tramp illərdir Ukraynanı korrupsiyaya uğramış ölkə kimi tənqid edir”, – nəşr bildirib.