Tramp Ukraynanın təslim olmasını istəyir

ABŞ Prezidenti Donald Tramp Ukraynanın sadəcə olaraq təslim olmasını istəyir, Avropa isə münaqişəni həll etməyə çalışır.

Yenicag.az xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

“Qərb liderlərinin fevralın 24-də Kiyevdə keçirilən görüşü Trampın Ağ Evə qayıdışından sonra Ukraynanı dəstəkləyən ölkələrlə ABŞ arasında yaranmış fikir ayrılığını üzə çıxardı. Sammit Ukrayna hakimiyyətinə daha çox yardım və dəstək vəd edən təxminən yekdil mesaj göndərdi, lakin ABŞ hökumətinin yüksək səviyyəli rəsmiləri görüşdə iştirak etmədilər”, – nəşr bildirib.