ABŞ prezidenti Donald Tramp Ukrayna və digər ölkələrə yardımın 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Los Angeles Times” yazır.
“Tramp ABŞ-nin bütün xarici yardım proqramlarının öz siyasət məqsədlərinə uyğunluğunu müəyyən etmək üçün 90 gün müddətinə yardımların müvəqqəti dayandırmaq barədə fərman imzalayıb”,- materialda deyilir.
Nəşrin məlumatına görə, fərmanın təsirinə məruz qalacaq yardımın dəqiq məbləği məlum deyil.