!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp və Putin Suriyadakı hava qüvvələri məsələsini müzakirə edəcək

!Reklam – Yazi

ABŞ Prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Suriyada yerləşən aerokosmik vasitələr barəsində müzakirə apara bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözcüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, ötən ilin yanvar ayında Suriyadakı Rusiyaya aid aerokosmik bazalara hücum edilməsi və hücumun ABŞ-a aid hərbi vasitələrdən olunması məsələnin gündəmə gətirilməsini vacib edib: “Bu çox narahatedici məsələdir. Heç kim şübhə etməməlidir ki, bizim hərbi mütəxəssislərimiz düzgün təhlil aparacaq və lazımi nəticələri diqqətə çatdıracaq”.

“Mövzu ilə bağlı danışıqların hansı nəticə verməsi gözlənilir” sualına isə Peskov “Bu suala yalnız iki dövlət başçısının görüşündən çıxacaq ortaq qərar əsasında cavab vermək olar. Ona qədər bildiriləcək fikirlərin öz sübutunu tapa bilməmə ehtimalı böyükdür” şəklində cavab verib.

Həşim Səhrablı

www.yenicag.az

2230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv