ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün xeyriyyə fondunu bağlayıb.
Yeniçağ.Az Lent.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Nyu York prokurorluğunun barəsində araşdırmaya başladığı fondun fəaliyyətini dayandırması ilə bağlı Tramp özü məlumat verib.
Yanvarın 20-də rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq Donald Tramp xeyriyyə işlərinə bundan sonra da davam edəcəyini deyib: “Prezidentlik vəzifəmin icrası vaxtı hər hansı qarşıdurma ehtimalından yayınmaq üçün bu addımı atdım. Amma bundan sonra ehtiyacı olanlar üçün yardımlarımı başqa yollarla da olsa davam etdirəcəm”.
Yeniçağ.Az