ABŞ prezidenti Donald Tramp ölkəsinin indiyə qədər Yaxın Şərq üçün 7 trilyon dollar xərclədiyini açıqlayıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Evdə 2019-cu ilin büdcə müzakirələri aparılıb. Tramp Yaxın Şərq üçün xərclənən 7 trilyon dollarlıq vəsaitin böyük bir səhv olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, bu qədər xərcə baxmayaraq, hazırda ABŞ-ın Yaxın Şərqdəki mövqeyi 17 il bundan əvvəlkinə nəzərən olduqca zəifdir.
Xatırladaq ki, Tramp seçki kampaniyası ərəfəsində də ABŞ-ın İraqı işğal etməklə başladığı Yaxın Şərq siyasətini tez-tez tənqid edirdi. Lakin, o, hakimiyyətə gəldikdən sonra Yaxın Şərq xərclərini daha da artıraraq, YPG terror təşkilatına 2018-ci il üçün büdcədən 500 milyon dollar, 2019-cu il üçün isə 550 milyon dollar məbləğində vəsait ayırıb.