!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp: "Yəhudilərə verdiyim vədi yerinə yetirdim"

!Reklam – Yazi

ABŞ prezidenti Donald Tramp özünü sabiq prezidentlərlə müqayisə edərək, onlardan fərqləndiyini və verdiyi sözə əməl etdiyini deyib.

Yenicag.az xəbər verir ki, bu barədə Tramp öz Twitter səhifəsində yazıb.

Səhifəsində özünün və ABŞ-ın keçmiş prezidentləri Bil Klinton, Corc Buş Barak Obamanın çıxışını əks etdirən video paylaşaraq, “mən öz vədimi yerinə yetirdim, digərləri isə yox” tvitini atıb.

Xatırladaq ki, Tramp Qüdsü İsrailin paytaxtı elan edərək, ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə təlimat verib. Bu qərar İsrail tərəfindən müsbət qarşılansa da, Fələstin və Yaxın Şərq başda olmaqla, bir çox ölkə tərəfindən etirazlara səbəb olub.

www.yenicag.az

3214
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv