Tramp yeni Türkiyə səfirini təyin etdi

Donald Tramp ABŞ-ın Türkiyəyə səfirini təyin edib.

Yenicag.az xəbər verir ki, səfir vəzifəsinə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi vəzifəsini icra edən, Devid Satterfild təyin edib.

Satterfild öncəki vəzifəyə 2017-ci ildən təyin olunub. Bundan əvvəl isə Satterfild ABŞ-ın Misir, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanı səfirliklərində çalışıb./Trend/