Ukrayna prezidentinin ofisi Volodimir Zelenski ilə Donald Tramp arasında danışıq təşkil etməyə çalışır.
Yenicag.az UNIAN-a istinadla xəbər verir ki, buna səbəb Trampın respublikaçı konqresmenlər vasitəsilə Nümayəndələr Palatasına nəzarət etməsi və onların Ukraynaya yardımın ayrılmasına mane olmasıdır.
Zelenski-Tramp danışıqlarının təşkili üçün ofisin rəhbəri Andriy Yermakın başçılıq etdiyi Ukrayna nümayəndə heyəti Vaşinqtona yola düşüb.