ABŞ Silahlı Qüvvələri Baş Qərargahının rəisi Mark Milley də Trampı “satdı”.
Yenicag.az xəbər verir ki, general ABŞ prezidentinin əlində “İncil” tutduğu yürüyüşdə iştirak etdiyi üçün Amerika xalqından üzr istəyib.
“Keçən həftə Lafayette Parkında çəkilən foto mübahisəyə səbəb oldu. Orada olmamalı idim. Çünki mənim orada olmağım ordunun daxili siyasətə müdaxiləsi kimi düşünüldü” deyə, çıxış edən Mark Milley bunu “dərs çıxardığı səhv” olaraq, dəyərləndirib.
General fikrini “Ölkəmiz üçün forma geyən bizlər bu xalqın içindən gəlirik və cümhuriyyətimizin ən təməl dəyərlərindən olan “siyasətdən uzaq ordu” prinsipinə hamımız dəyər verməliyik. Konstitutsiyamıza sahib çıxaq”, deyə, tamamlayıb.
Qeyd edək ki, generalın qatıldığı üçün narahat olduğu yürüyüş zamanı nümayişçilərə qarşı sərt müdaxilə yaşanıb.