!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampa İncirlik mesajı

!Reklam – Yazi

trumphyhjTürkiyə İncirlik hərbi bazasını NATO üzrə müttəfiqlərinin üzünə bağlamaq fikrindədir.

Buna səbəb kimi NATO müttəfiqlərinin Türkiyənin Suriyada həyata keçirtdiyi antiterror əməliyyatlarına dəstək verməməsi göstərilir.

Məsələ ilə bağlı açıqlama verən politoloq Natiq Miri Yeniçağ.az-a açıqlamasında bildirdi ki, İncirlik hərbi bazasının NATO qüvvələrinin üzünə bağlamaq istəməsində Ankara tamamilə doğru mövqedədir:

“Əslində, Ankaranın bu məsələni gündəmə gətirməsi heç də təsadüfi deyil. İlk növbədə nəzərə alaq ki, bu baza həm NATO-nun cənub sərhədlərini, həm də Türkiyənin təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulub. Bu gün Türkiyənin cənub sərhədləri böyük təhlükə qarşısındadır. Nəzərə alaq ki, Türkiyənin bütün ətrafı terror təşkilatları ilə zəngindir. Demək olar ki, hər həftə Türkiyə vətəndaşları terrorda həlak olurlar. İŞİD terror şəbəkəsinə qarşı ABŞ-ın başçılıq etdiyi koalisiya İncirlik bazasında yerləşibsə və bu gün terrora qarşı hər hansı bir fəaliyyət göstərmirsə, bazanın varlığı gündəmə gəlməli və sorğu-sual olunmalıdır. Onu da unutmayaq ki, Türkiyədə hərbi çevrilişə cəhd edən qüvvələrin məhz İncirlik bazasından qaynaqlandığı barədə də kəşfiyyat informasiyaları var. Bu bazada ABŞ dominantdır. Natiq Miri ile ilgili görsel sonucuLakin İŞİD-ə qarşı hava borbardmanında Vaşinqton Ankaraya dəstək vermirsə, həmin güclərin İncirlik bazasında yerləşib-yerləşməməsi məsələsi də gündəmə gəlməli idi. Türkiyə xalqı hakimiyyətdən soruşur ki, ABŞ və digər NATO üzrə müttəffiqlər terrora qarşı mübarizədə dəstək vermirsə, onların İncirlikdə yerləşməsinə nə lüzum var? Məsələ birmənalı olaraq, Türkiyənin gündəmini məşğul etməyə başlayıb. İncirlik bazasının gündəmə gətirilməsi həm də yanvarın 20-dən sonra ABŞ-da iqtidara gələcək Tramp administrasiyasına da bir mesajdır. Hətta deyərdim nəyin ki, ABŞ, həm də NATO üzrə digər müttəfiqlərə də bir mesajdır. Bu mesajı yeni administrasiya da doğru-düzgün dəyərləndirib, Türkiyəyə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəksə, onda İncirlik bazası da birmənalı olaraq bağlanacaq. Gələcəkdə terrorla bağlı mübarizədə Türkiyə meydanda tək qalacaqsa, bu cür yardımlara ehtiyacı olmayacaq. Belə olan təqdirdə həmin hərbi bazanın varlığı da şübhə altına düşəcək. Çünki həmin baza təkcə İŞİD-lə terror mübarizəsi adı altında fəaliyyət göstərmir. Bu gün həm də Türkiyədə müəyyən terror mərkəzlərinə lojistik dəstək rolunu da oynayır. Bu yöndə Türkiyənin ciddi kəşfiyyat informasiyaları var. Sadəcə, Ankara vaxtından əvvəl bu cür informasiyaları gündəmə buraxmaq istəmir. Bu da ABŞ-da hakimiyyətin dəyişmək üzrə olması ilə bağlıdır. Ankara ümid edir ki, Tramp Obamaya nisbətən fərqli xarici siyasət yürüdəcək və Türkiyə ilə müttəfiqlik öhdəliklərinə sadiq qalacaq, terrorçu təşkilatlara dəstək verməyəcək. Bu, belə olmayacaqsa, əmin olun ki, İncirlik bazası haqlı olaraq ABŞ və NATO üzrə digər müttəfiqlərinin üzünə birdəfəlik bağlanacaq”.

 

ELÇİN

Yenicag.az

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv