Trampa qarşı yeni cinayət işi – Məhkəməyə çağırıldı

Federal böyük münsiflər heyəti ABŞ-nin keçmiş prezidenti Donald Trampı vəzifədən getdikdən sonra saxladığı məxfi sənədlərlə işləməkdə ittiham edib.

Yenicag.az xarici KİV-ə istinadla xəbər verir ki, eks-prezidentə qarşı yenidən cinayət işi qaldırılıb.

Tramp özü sosial şəbəkədə ona qarşı irəli sürülən ittihamları təsdiqləyib. Ona iyunun 13-də Mayamidəki federal məhkəməyə getmək əmri verilib.

“Mən günahsız insanam”, – deyə keçmiş prezident “Truth” sosial platformasında yazıb.

Faktiki ittiham aktı hələlik gizli saxlanılır.

Qeyd edək ki, 2022-ci ildə ABŞ hökuməti Trampın Mar-a-Laqo malikanəsindən 300-dən çox məxfi sənəd, o cümlədən bəzi çox məxfi materiallar ələ keçirib.