Trampa silah gəzdirmək qadağan olunacaq

ABŞ-nin keçmiş prezidenti Donald Tramp silah gəzdirmək lisenziyasından məhrum edilə bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Polis Trampa verilmiş silah lisenziyasını geri götürməyə hazırlaşır”, – məlumatda deyilir.

Qeyd olunur ki, keçmiş prezidentin lisenziyası ötən il aprelin 1-dən dayandırılıb. Bu, Trampa qarşı ittiham irəli sürüldükdən sonra baş verib. O, iki silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib.

Trampın məhkum edildiyi vaxtdan keçmiş prezidentin odlu silah gəzdirməsi və istifadəsi müəyyən ştat və ya federal qanunları poza bilər./unikal

COP29