Tramp ABŞ himnini unutdu – VİDEO

ABŞ prezidenti Donald Tramp himnin sözlərini unudub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, o, amerikan futbolunun final matçından öncə səsləndirilən ABŞ himnini oxuya bilməyib. Himn səsləndirilən zaman “Ağ Ev” lideri yalandan dodaqlarını tərpədib. Həmin anlar kameraların obyektivinə tuş gəlib.

Qeyd edək ki, finaldan öncə Tramp “Twitter” hesabında: “Biz istəyirik ki,  bayrağımıza və dövlət himnimizə hörmət etsinlər”, sözlərini yazıb.