Trampdan ABŞ-yə “Hazırlaşın!” MESAJI: “Hələlik sizə deyəcəklərim bundan ibarətdir ki…”

“ABŞ-ni yenidən uğurlu, təhlükəsiz və şanlı ölkəyə çevirmək üçün böyük ehtimalla mən yenidən qayıdacağam”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı haqda danışan ölkənin eks-prezidenti Donald Tramp deyib.

O, Amerika xalqını qarşıdakı dönəmdə baş verəcək proseslərə hazırlaşmağa çağırıb:

“ABŞ-ni yenidən uğurlu, təhlükəsiz və şanlı ölkəyə çevirmək üçün böyük ehtimalla mən yenidən qayıdacağam.

Hələlik sizə deyəcəklərim bundan ibarətdir ki, hazırlaşın. Ciddi şəkildə hazırlaşın”.

Trampın adı açıqlanmayan baş müşavirlərindən biri də onun 2024-cü il seçkilərində iştirak ehtimalının yüksək olduğunu deyib:

“Fikrimcə, Tramp 2024-cü il seçkilərində namizədliyini irəli sürəcək. Trampın Şükranlıq gününə nəzərdə tutduğu elan ona rəqibləri qarşısında böyük üstünlük qazandırır və eks-prezident bunu başa düşür”.