Trampdan ayağını sındıran Baydenə “keçmiş olsun” mesajı – VİDEO

ABŞ prezidenti Donald Tramp seçkilərdə məğlub olduğu Co Baydenə ayağını sındırması ilə bağlı “Keçmiş olsun” mesajı göndərib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Tramp özünün “Twitter” hesabında Baydenin hospitaldan çıxışı zamanı çəkilmiş videonu paylaşaraq, “Tezliklə sağal” qeydini yazıb.

Qeyd edək ki, Bayden ötən şənbə günü öz iti ilə oynayarkən, yıxılıb və ayağını iki yerdən sındırıb.

Bu səbəbdən, Bayden bir neçə həftə xüsusi çəkmələrdən istifadə etməli olacaq.