Trampdan Bransonun sərbəst buraxılmasına reaksiya: “Onun üçün dua edirəm”

ABŞ prezidenti Donald Tramp keşiş Endryu Bransonun sərbəst buraxılmasına münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, bu barədə rəsmi “Twitter” səhifəsində yazıb:

“Keşiş Bransonla bağlı məsələ üzrə çox gərgin işlədik. Fikrim rahib Bransonun yanındadır. Onun üçün dua edirəm. Onun tezliklə sağ-salamt evinə qayıdacağına ümidvaram”.

Qeyd edək ki, Endryu Branson2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunub. O, bu gün İzmir məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

COP29