Trampdan bütün qaçqınlara – QADAĞA

ABŞ prezidenti Donald Trampın yeni fərmanına əsasən, İraq vətəndaşlarının Birləşmiş Ştatların ərazisinə daxil olmasına müvəqqəti qadağa qoyulan dövlətlər siyahısından çıxarılıb.

Bunu “The New York Times” qəzeti Ağ evdəki mənbəsinə istinadən yazıb.
Qəzetin yazdığına görə, D.Trampın yeni immiqrasiya fərmanını bu gün imzalayacağı gözlənilir.

Mənbənin məlumatına görə, yeni fərman ilə həmçinin bütün ölkələrdən olan qaçqınların ABŞ-da yerləşdirilməsinə müvəqqəti qadağa qoyulacaq. Bununla yanaşı, bu qadağanın nə qədər müddət davam edəcəyi məlum deyil.

Xatırladaq ki, məhkəmə tərəfindən əngəllənən əvvəlki fərman ABŞ-da məcburi köçkünlərin yerləşdirilməsi proqramının 120 gün müddətinə dayandırılmasını nəzərdə tuturdu.

Yeniçağ.az