Trampdan Ərdoğana Gülənin ekstradasiyası jesti – Nazir açıqladı

ABŞ prezidenti Donald Tramp Türkiyə başqanı Ərdoğan ilə FETÖ Terror Şəbəkəsinin lideri Fətullah Gülənin ekstradisiyası üçün çalışdıqlarını söyləyib.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlut Çavuşoğlu söyləyib.

Çavuşoğlu həmçinin FBI-nin FETÖ terror şəbəkəsinin vergi qaçaqçılığı ilə məşğul olması barədə araşdırma apardığını da qeyd edib.

Suriyadakı mövcud vəziyyəti dəyərləndirən türkiyəli diplomat, Bəşər Əsədin demokratik seçkilərdə qalib gələcəyi təqdirdə ortaq çalışa biləcəklərini açıqlayıb.