Trampdan etiraf: “Twitter” olmasaydı, prezident seçilə bilməzdim”

ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrlə bağlı maraqlı fikirlər səsləndirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, o, sosial şəbəkələrdən daim istifadə etməsində qəbahət görmədiyini dilə gətirib. Ağ Ev rəhbəri “Facebook”, “Twitter” və “Instagram”dakı hesablarını nəhəng platforma adlandırıb.

Tramp etiraf edib ki, “Twitter” hesabı olmasaydı, prezident seçkilərində qalib gələ bilməzdi: “Twitter”də yazmaq sanki çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Sosial medialar olmasaydı, prezident olacağıma şübhə edirəm”.

ABŞ prezidenti “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini də bəyan edib. Tramp bu barədə “Tvitter” səhifəsində yazıb: “Fırıldaqçılığa meylli H.Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib. “Facebook” mənim yox, onun tərəfindəydi!”.

COP29