!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampdan Fransadakı etiraz aksiyasına REAKSİYA/VİDEO

!Reklam – Yazi

ABŞ Prezidenti Donald Tramp Fransanın paytaxtı Parisdə “Sarı jiletli”lərin keçirdiyi etiraz aksiyasına münasibət bildirib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu barədə “Twitter” səhifəsində paylaşım edib.

“Paris razılaşması”nın Paris üçün heç bir xeyri yoxdur. Fransanın hər yerində etiraz və iğtişaş var. İnsanlar təbiəti qorumaq üçün üçüncü dünya dövlətlərinə böyük məbləğlər ödəmək istəmir. “Trampı istəyirik!” şüarları səsləndirirlər. Fransanı sevirəm”, – sözlərini yazıb.

Qeyd edək ki, 2015-ci ildə BMT-nin ətraf mühitin qorunmasına dair “İqlim çərçivə sazişi” Parisdə elan olunub. Bu razılaşmaya ABŞ qoşulmayıb.

Xatırladaq ki, Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı noyabrın 17-dən “Sarı jiletlilər”in etiraz aksiyası keçirilir. Aksiyalarda əsas tələb Fransa Prezidenti Emmanuel Makronun istefasıdır.

www.yenicag.az

1993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv