Reklam: High Technic
hightechnic

Trampdan İrana qarşı yeni həmlə: Tehranın İraqa uzanmış əlləri “kəsilir”

İsrailin xüsusi xidmət orqanı MOSSAD-a yaxınlığı ilə tanınan “DEBKAFile” saytı ABŞ prezidenti Donald Trampın İraqla bağlı planlarından yazıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, müəllifləri arasında MOSSAD-ın keçmiş xəfiyyələri və İsrail Müdafiə Nazirliyinin istefadakı generallarının da olduğu bildirilən “DEBKAFile” saytı ABŞ prezidenti Donald Tramp ilə İraqın baş naziri Əl-Abadinin bazar ertəsi Ağ Evdə baş tutan görüşünün detallarını açıqlayıb.

Məlumata görə, Tramp Iraqdakı şiə hərbi qruplaşmalarının ölkədən çıxarılmasını nəzərdə tutan 5 maddəlik planını Əl-Abadiyə təqdim edib. ABŞ prezidentinin tələbləri aşağıdakılardan ibarətdir:

1. Bağdad İran tərəfdarı olan 10 min nəfərlik şiə yaraqlılarını ölkədən çıxarmalıdır.

2. İraq hökuməti Ayətullah Əli Sistaninin şiə yaraqlılarının silahı yerə qoyaraq, evlərinə qayıtmalarını əmr fətvasına tabe olmalıdır.

3. Əl-Abadi bir sünni qəsəbəsi olan Mosulda sünni hökuməti qurulacağına dair vəd verməli və qəsəbələrin şiə yaraqlıları tərəfindən ələ keçirilməsinə imkan yaratmamalıdır.

4. Mosulun qərbindəki Sincar/Ninova bölgəsindəki qeyri-müsəlman azlıqlara (aysirlar, yezidilər), eyni zamanda, türkmanlara özünüidarəetmə hüququ verilməlidir.

5. Neft yataqları ilə zəngin olan Kərkük zonasının müdafiəsi gücləndirilməli və ərazinin işğal təhlükəsi aradan qaldırılmalıdır.

Yeniçağ.Az

www.yenicag.az

120